Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti rəsmi veb səhifəsində Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat yaydı. Bəyanatda deyilir ki, ABŞ Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın defakto hökumətləri ilə imzalanmış üzdəniraq razılaşmanı qınayır.
“Biz üzdəniraq “razılaşmanı” tanımırıq. Real olaraq onün gücü yoxdur və beynəlxalq razılaşmanı təmsil etmir. Amerika Birləşmiş Ştatlarının Abxaziya və Cənubi Osetiyaya qarşı mövqeyi dəyişməzdir. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, – Dövlət Departamenti rəsmi veb səhifəsində deyilir.
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Rusiyanı, 2008-ci ildə imzalanmış razılaşmada nəzərdə tutulan şərtlərin yerinıə yetirilməsinə və gürcüstan ərazisində hərbiçilərin çıxarılmasına çağırır.