ABŞ qeyri-immiqrasiya vizalarının verilməsi qaydasını sərtləşdirir.
Dövlət Departamenti tərəfindən dərc edilmiş bəyanatda deyilir ki, qeyri-immiqrasiya, o cümlədən turist vizaları almaq istəyən şəxslər sənədləri yalnız vətəndaşı olduqları və ya daimi yaşayış hüququna sahib olduqları ölkələrdə təqdim edə biləcəklər.
Bununla yanaşı, ABŞ vizalarının verilməsi dayandırılmış 17 ölkənin vətəndaşları sənədləri yalnız konkret səfirlik və konsulluqlarda təqdim edə biləcəklər. Məsələn, Rusiya vətəndaşları yalnız ABŞ-nin Astana və Varşavada yerləşən səfirliklərində viza almaq hüququna malik olacaqlar, Belarus vətəndaşları Varşava və ya Vilnüsdəki diplomatik nümayəndəliklərə müraciət etməlidirlər, ukraynalılar isə sənədləri Krakov və Varşavada təqdim etməlidirlər.
Bu vaxtadək ABŞ-nin turist vizasını istənilən ölkədə almaq mümkün idi. Dövlət Departamentində artıq təyin olunmuş müsahibələrin ləğv olunmayacağını izah ediblər.
Yeni qaydalar A, G, C-2, C-3, NATO vizaları və istənilən diplomatik və ya xidməti vizaya şamil edilməyəcək.
Dövlət Departamentində bildirirlər ki, nadir hallarda ola bilsin, humanitar, tibbi və ya xarici siyasət məsələləri nəzərə alınmaqla, istisnaya icazə verilsin.