ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı məsələni razılaşdırdılar
Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı məsələni razılaşdırdılar. Bu barədə bəyanatı ABŞ Dövlət Departamenti yayır.
ABŞ dövlət katibinin müavini, Vendi Şerman Fransa, Almaniya, İtaliya və Britaniyadan olan həmkarları ilə birlikdə Parisdə Rusiya Federasiyasına əlavə sanksiyaların tətbiqi və Ukraynaya dəstəyin davam etdirilməsi istiqamətində növbəti addımları müzakirə etdi.
“Gprüçün iştirakçıları əlavə sanksiyaların tətbiqi planları, həmçinin Rusiya Federasiyasının məsuliyyətə cəlb edilməsi üçün digər tədbirlər barədə razılığa gədilər”, – bəyanatda deyilir.
Bəyanata görə, tərəflər Rusiyanın Ukraynaya müdaxiləsi, müdafiəsini gücləndirmək üçün Ukraynaya hərbi yardımın davam etdirilməsinin vacibliyi, evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla insan üçün humanitar yardım tapılmasının vacibliyi ilə bağlı geniş müzakirələr apardılar.
Tərəflər həmçinin Rusiyanın işğalı nəticəsində qlobal ərzaq təhlükəsizliyinə təhdidləri müzakirə etdilər.