ABŞ fələstinli yüksək rütbəli məmurlara sanksiyalar tətbiq edib
ABŞ fələstinli yüksək rütbəli məmurlara sanksiyalar tətbiq edib

 

ABŞ fələstinli yüksək rütbəli məmurlara sanksiyalar tətbiq edib. “Reuters”in yazdığı kimi, Fələstin Azadlıq Təşkilatının üzvləri qara siyahıya salınıb, çünki Vaşinqton ABŞ-nin Qəzzada atəşkəslə bağlı danışıqların davam etməsinə çalışdığı bir vaxtda onların sülh səyinə balta vurduqlarını hesab edir.

Sanksiya tətbiq olunanların siyahısı ictimailəşdirilməyib.

Dövlət Departamentində izah ediblər ki, sanksiya tətbiq olunan şəxslər ABŞ vizalarını ala bilməyəcəklər.