ABŞ federal məhkəməsi Donald Tramp tərəfindən tətbiq edilmiş 10%-lik qlobal tarifləri qanunsuz sayıb
ABŞ federal məhkəməsi Donald Tramp tərəfindən tətbiq edilmiş 10%-lik qlobal tarifləri qanunsuz sayıb. Bu barədə “ABC News” xəbər verib.
Qərar ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsinin hakimlər kollegiyası tərəfindən iki səs lehinə, bir səs əleyhinə olmaqla qəbul edilib.
Məhkəmə bildirib ki, Tramp administrasiyası genişmiqyaslı tarifləri tətbiq etmək üçün əsas qanunu düzgün şərh etməyib.
Qeyd edək ki, 10%-lik qlobal tariflər fevralda qüvvəyə minib və mövcud qanunvericiliyə əsasən onların müddəti iyul ayının sonuna qədərdir.