ABŞ Estoniyadan hərbi qüvvələrinin böyük hissəsini çıxarıb – “Biz mahnı oxuya, rəqs edə və ya bir ayaq üstə tullana bilərik, amma yekun qərarı Ağ Ev verir” – deyə məlumatda bildirilib
ABŞ Estoniyadə yerləşdirilmiş hərbi kontingentin böyük hissəsini ölkədən çıxarıb. Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, bu addım Avropada ABŞ hərbi qüvvələrinin yerləşdirilməsinin yenidən qiymətləndirilməsi fonunda atılıb.
Hanno Pevkur bildirib ki, yay aylarında Estoniyaya yeni ABŞ kontingentinin gəlməsi planlaşdırılır və onlar ilin sonunadək ölkədə qalacaq. Lakin onun sözlərinə görə, detallara dair qərar hələ tam müəyyən deyil və yekun mövqe Pentaqonun araşdırmasından sonra açıqlanacaq.
ABŞ hərbçiləri Estoniyada, o cümlədən Tapa hərbi bazasında rotasiya prinsipi ilə yerləşdirilmişdi. Onların sayı əvvəl 500–700 nəfər arasında dəyişirdi, lakin hazırda ölkədə 100-dən az ABŞ hərbçisi qalıb.
Kalev Stoicescu isə bildirib ki, ABŞ Estoniyanı və NATO-nun şərq cinahındakı digər ölkələri müəyyən qeyri-müəyyənlikdə saxlayır, baxmayaraq ki, bu ölkələr müdafiəyə böyük vəsait ayırır.
Onun sözlərinə görə, Avropada ABŞ hərbi qüvvələri haradasa qalacaqsa, bu məhz NATO-nun şərq cinahında olmalıdır.