ABŞ Ədliyyə Departamentinin məlumatına görə, federal qanunlar fiziki şəxslərdən ABŞ ərazisində xarici dövlətin və ya xarici qurumun göstərişi və nəzarəti altında fəaliyyət göstərdikləri halda, xarici agent kimi qeydiyyatdan keçmələrini tələb edir
ABŞ Ədliyyə Departamenti: Xarici hökumətin göstərişi və ya nəzarəti altında fəaliyyət göstərən şəxslər xarici agent kimi qeydiyyatdan keçməlidirlər
ABŞ Ədliyyə Departamenti federal qanunlarla bağlı ictimaiyyəti məlumatlandırmaq istəyir. Bu qanunlara əsasən, fiziki şəxslər ABŞ ərazisində xarici dövlət hökumətinin və ya xarici qurumun göstərişi və ya nəzarəti altında fəaliyyət göstərdikləri halda, xarici agent kimi qeydiyyatdan keçməlidirlər. Bu barədə ABŞ Ədliyyə Departamenti açıqlama yayıb.
Qurumun açıqlamasında bildirilir ki, belə qeydiyyat tələbinə əməl edilmədiyi təqdirdə şəxslər həm mülki, həm də cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
“Qanuni etirazlar və müstəqil maraqların müdafiəsi qorunan hüquqlardır. Lakin xarici dövlət hökuməti və ya xarici qurum ABŞ-da fəaliyyətinizi gizli şəkildə yönləndirir, nəzarətdə saxlayır, maliyyələşdirir və ya əlaqələndirirsə, bu halda federal şəffaflıq və məlumatların açıqlanması ilə bağlı qanunlar tətbiq oluna bilər.
Tanrı Amerika Birləşmiş Ştatlarını qorusun. FARA və ABŞ Cinayət Məcəlləsinin 951-ci maddəsinə əsasən üzərinizə düşən öhdəliklərlə tanış olun”, – deyə açıqlamada qeyd edilir.