ABŞ dünya üzrə immiqrasiya vizaları üçün müraciətlərin qəbulunu müvəqqəti dayandırıb

13:10, 26.08.2026

ABŞ dünya üzrə viza müraciətlərinin qəbulunu dayandırıb.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, immiqrasiya siyasətinin sərtləşdirilməsi məqsədilə ABŞ-ın səfirlik və konsulluqlarında əməkdaşların yenidən hazırlanmasına başlanılır. Bu səbəbdən viza müraciətlərinin qəbulu qrafiki keçiriləcək təlimlər nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Dövlət Departamenti təlimlərin müddəti və detalları barədə məlumat vermir. Departamentin bildirdiyinə görə, proses konsulluq əməkdaşlarına onların fikrincə, gələcəkdə ABŞ hökumətinin sosial yardımlarından asılı vəziyyətə düşə biləcək müraciətçiləri müəyyənləşdirməyə kömək etmək məqsədi daşıyır.
Bundan əvvəl Financial Times yazmışdı ki, səfirlik və konsulluqlarda müsahibələri artıq təyin olunmuş müraciətçilər elektron poçt vasitəsilə bildiriş alıblar. Bildirişlərdə onların müsahibələrinin təxirə salındığı və yeni tarix barədə məlumatın daha sonra veriləcəyi qeyd olunub.

Oxşar