ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran danışıqlara razılıq verməyənədək “hər gecə daha ağır bədəl ödəyəcək”, Tehranda isə cavab zərbələrinin davam etdiriləcəyi açıqlanıb

17:37, 23.07.2026

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran danışıqlara razılıq verməyənədək “hər gecə daha ağır bədəl ödəyəcək”. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Rubionun sözlərinə görə, ABŞ Tehran sülh sazişinə səmimi maraq göstərənədək İrana qarşı zərbələri davam etdirəcək.

Dövlət katibi həmçinin bildirib ki, İran hər gün razılaşma əldə olunmasını istəyir.

“Problem ondadır ki, İran hər dəfə hansısa razılaşmanı qəbul etdikdən sonra ya onu pozur, ya da şərtlərini dəyişmək istəyir”, – deyə Marko Rubio qeyd edib.

Onun sözlərinə görə, İranın uzanan müharibəyə görə ödədiyi bədəl hər keçən gecə daha da artacaq və bu, Tehran razılaşma əldə etmək istəyini nümayiş etdirənədək davam edəcək.

Öz növbəsində, Tehran bəyan edib ki, ABŞ İranın infrastrukturuna və sahilboyu obyektlərinə zərbələri davam etdirdiyi müddətdə cavab hücumlarını da dayandırmayacaq.

Oxşar