ABŞ Dövlət katibi Marko Rubio 26 may tarixində Ermənistana səfər edəcək.
“Armenpress”in məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Marko Rubio arasında görüş keçiriləcək və görüşdən sonra nazirlər media üçün bəyanatlar verəcəklər.
Həmçinin ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirəcək.