ABŞ Dövlət Departamentinin mətbuat katibi Marko Rubio və Serqei Lavrovun avqustun 15-də Alyaskada planlaşdırılan görüşə hazırlıq işləri haqda danışdıqlarını təsdiqləyib
ABŞ Dövlət Departamentinin mətbuat katibi Marko Rubio və Serqei Lavrovun avqustun 15-də Alyaskada planlaşdırılan görüşə hazırlıq işləri haqda danışdıqlarını təsdiqləyib

 

ABŞ Dövlət Departamentinin mətbuat katibi Temi Brius ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Serqei Lavrov arasında telefon danışığının baş tutduğunu təsdiqləyib.

Briusun bəyanatına əsasən, tərəflər Donald Tramp və Vladimer Putin arasında planlaşdırılan görüşə hazırlıq işləri haqda danışıblar.

Bundan əvvəl Rusiya tərəfi qeyd olunan dialoq haqda məlumat yayıb. “Hər iki tərəf tədbirin uğurla keçirilməsi istəyini təsdiqləyib” – Rusiya tərəfinin yaydığı məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimer Putin arasında görüş keçiriləcək.