ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun nümayəndəsi Gürcüstanda səfərdədir
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun nümayəndəsi Peter Andreoli Gürcüstanda səfərdədir. Bu barədə məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb.
Səfirliyin məlumatına görə, Peter Andreoli səfər çərçivəsində hökumət, özəl sektor və gürcü cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Bildirilib ki, o, həmçinin Poti şəhərinə səfər edərək limanda həyata keçirilən Amerika investisiyaları ilə tanış olacaq və inzibati sərhəd xəttinə baş çəkəcək.