ABŞ Dövlət Departamentində İsrail və Livan arasında danışıqlar aparılır
ABŞ Dövlət Departamentində İsrail və Livan arasında yüksək səviyyəli danışıqlar aparılır.
Danışıqlarda İsrail və Livan səfirləri iştirak edirlər, Amerika tərəfini isə milli təhlükəsizlik məsələləri üzrə müşavirin yeni müavini Mayk Midem və Dövlət Departamentinin müşaviri Den Holer təmsil edirlər.
“CNN”in yazdığı kimi, İsrail və Livan arasında atəşkəs müqaviləsinin uzadılmasına baxmayaraq, İsrail və “Hizbullah” arasında toqquşmalar dayanmayıb.
Paralel olaraq, İranın dövlət mediası Tehranın Livanda İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətlərinə görə ABŞ ilə sülh danışıqlarını dayandırdığı barədə məlumat yayıb, lakin sonradan İran mediası Vaşinqton ilə Tehran arasındakı danışıqların yenidən davam etdiyini bəyan edib.