ABŞ Dövlət Departamentində bəyan edirlər ki, Entoni Blinken Böyük İyirmilik sammitində Sergey Lavrovla görüşməyi planlaşdırmır
ABŞ Dövlət Departamentində bəyan edirlər ki, Entoni Blinken Böyük İyirmilik sammitində Sergey Lavrovla görüşməyi planlaşdırmır

Amerika Birləşmiş Ştatları dövlət katibi, Entoni Blinken Böyük İyirmilik sammitində rus həmkarı, Sergey Lavrovla görüşməyi planlaşdırmır. ABŞ Dövlət Departamentinin mətbuat katibi, Ned Praysın sözlərinə görə, Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi üçün belə görüş və danışıqlar üçün şərait hələ mövcud deyil.

“İstərdik ki, ruslar bizə ikitərəfli görüş keçirməyə əsas versinlər. Lakin hələlik Moskvadan gördüyümüz yeganə şey, Ukraynaya qarşı daha qəddar təcavüzdür”, – Ned Prays bəyan etdi.

Entoni Blinken və Sergey Lavrov gələn həftə İndoneziyada planlaşdırılan Böyük İyirmiliyin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəklər.