ABŞ Dövlət Departamentində başqa ölkələrdə Rusiyanın təsirinə qarşı mübarizə şöbəsi yaradılacaq
ABŞ Dövlət Departamentində başqa ölkələrdə Rusiyanın təsirinə qarşı mübarizə şöbəsi yaradılacaq. ABŞ müdafiə büdcəsi layihəsində qeyd olunduğu kimi, yeni şöbə ABŞ Dövlət Departamentində Avropa və Avrasiya İşləri Bürosunun strukturuna əlavə ediləcək və onun məqsədi Rusiyanın təsirinə qarşı mübarizə aparmaq olacaq.
ABŞ-nin “Milli Müdafiə Avtorizasiya Aktı”na əsasən, Konqres ABŞ dövlət katibini Rusiyanın başqa suveren dövlətlərdəki təsirinə və Rusiyanın “ABŞ-nin müttəfiqləri və ya tərəfdaşları olan ölkələrdə” digər “zərərli hərəkətlərinə” müqavimət göstərəcək şöbə yaratmağa məcbur edəcək.
“ABŞ-nin maraqlarına təsir edən, təhdid edən və ya sarsıdan” hərəkətlərdən söz gedir.
Layihəyə əsasən, bu şöbənin rəhbərliyi ayda bir dəfə fəaliyyəti barədə hesabat təqdim edəcək. Qanun layihəsində deyilir ki, ABŞ dövlət katibi, müharibə katibi və Milli Kəşfiyyatın direktoru Konqresə “Rusiya və Çinin Balkan ölkələrində apardıqları zərərli əməliyyatlar və kampaniyalar” barədə müntəzəm olaraq hesabat göndərəcəklər.
Məlumat üçün bildirək ki, qeyd olunan təşəbbüs Respublikaçı və Demokrat konqresmenlər tərəfindən artıq razılaşdırılan və yaxın vaxtlarda qəbul ediləcək ABŞ-nin “Milli Müdafiə Avtorizasiya Aktı”na daxil edilib.