ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan vətəndaşlarını İranla müharibə fonunda uçuşların mümkün ləğvinə hazır olmağa çağırıb
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan ABŞ vətəndaşlarını fövqəladə hallara hazır olmağa çağırıb. Bildirilir ki, İranla davam edən müharibə fonunda aviareyslər ləğv oluna, hava məkanı müvəqqəti bağlana və hava nəqliyyatında ciddi fasilələr yarana bilər.
Xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın İrana qarşı “genişmiqyaslı hücum” ehtimalı ilə bağlı bəyanatından sonra yayılıb.
ABŞ Dövlət Departamenti bəyan edib ki, Yaxın Şərqdə olan Amerika vətəndaşları xüsusi ehtiyatlı davranmalı, uçuşların mümkün ləğvini, hava məkanının müvəqqəti bağlanmasını və səfərlərlə bağlı yarana biləcək gecikmələri nəzərə almalıdırlar.