ABŞ Dövlət Departamenti Ukraynaya "Patriot" hava hücumundan müdafiə sisteminin dəstək vasitələrinin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Ukraynaya "Patriot" hava hücumundan müdafiə sisteminin dəstək vasitələrinin satışını təsdiqləyib

 

ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə “Patriot” hava hücumundan müdafiə sisteminin dəstək vasitələrinin satışını təsdiqləyib.

Dövlət Departamentinin bəyanatında paketin dəyərinin təxminən 105 milyon dollar olduğu deyilir. Departamentdə izah edirlər ki, təklif olunan satış Ukraynanın cari və gələcək təhdidlərin öhdəsindən gəlmək qabiliyyətini yaxşılaşdıracaq. Onların məlumatında, Ukraynanın bu avadanlıq və xidmətləri öz silahlı qüvvələrinə inteqrasiya etməkdə çətinlik çəkməyəcəyi deyilir.

“Ukrayna hökuməti “PATRIOT” hava hücumundan müdafiə sistemi üçün dayanıqlıqla bağlı avadanlıqların və xidmətlərin alınmasını tələb edib, o cümlədən M901 buraxıcı qurğularının M903 konfiqurasiyasına qədər yenilənməsi, digər zəruri xidmət, köməkçi vasitələr, ehtiyat hissələri, dəstək, təlim və avadanlıq; logistika və proqram təminatı üzrə digər əlaqəli elementlər. Təxmini ümumi dəyər 105 milyon ABŞ dollarıdır” – Dövlət Departamentinin bəyanatında deyilir.