ABŞ Dövlət Departamenti - Türkiyənin Avropa İttifaqına qəbulu ilə İsveçin NATO-ya üzvlüyü fərqli məsələlərdir
ABŞ Dövlət Departamenti - Türkiyənin Avropa İttifaqına qəbulu ilə İsveçin NATO-ya üzvlüyü fərqli məsələlərdir

 

Türkiyənin Avropa İttifaqına qəbulu ilə İsveçin NATO-ya üzvlüyü fərqli məsələlərdir-bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller açıqlayıb.

“Biz hesab edirik ki, bunlar ayrı məsələlərdir. Biz Türkiyənin Avropa İttifaqına üzv olmaqla bağlı çoxdankı istəklərini dəstəkləyirik. Lakin, bu və İsveçin NATO-ya qoşulması fərqli məsələlərdir. Hesab edirik ki, İsveçin NATO-ya üzv olmasının vaxtı çatıb. Ümid edirik ki, Türkiyə buna dəstək verəcək. Dövlət katibi bunu Türkiyənin xarici işlər naziri Hakan Fidanla söhbəti zamanı da açıq şəkildə ifadə edib”-deyə Miller açıqlayıb.

Dövlət Departamentinin nümayəndəsi Türkiyənin Avropa İttifaqına qəbulunun ABŞ-ın məsələsi olmadığını bildirib.

“Bu, ABŞ-ın qərarı deyil. Bu, Avropa İttifaqının qərarıdır və sonda bu, Avropa İttifaqı və Türkiyənin məsələsidir”-deyə Miller açıqlayıb.

Dövlət Departamentinin nümayəndəsi İsveçin Türkiyənin tələbinə uyğun olaraq mühüm addımlar atdığını və indi İsveçin NATO-ya daxil olmasının zamanı olduğunu bildirib.

“İsveç bu problemləri həll etmək üçün addımlar atıb. İsveç konstitusiyanı dəyişdi, yeni qanun qəbul etdi, terrorda şübhəli bilinən şəxsi həbs etdi. Hesab edirik ki, bu, həll etmək üçün kifayət idi. Beləliklə, indi çox qısa müddətdə İsveçin tamhüquqlu üzvlüyünə keçməyin vaxtıdır” -deyə Miller açıqlayıb.