ABŞ Dövlət Departamenti müxtəlif ölkələrə səyahət tövsiyələrinin yenilənmiş göstəricilərini dərc edib və Gürcüstan yenidən birinci səviyyəli, təhlükəsiz ölkə statusuna sahibdir
ABŞ Dövlət Departamenti dünyanın müxtəlif ölkələrinə səyahət tövsiyələri və məhdudiyyətləri ilə bağlı yenilənmiş göstəriciləri dərc edib.
Xəritədə Gürcüstan yenidən birinci səviyyəli, təhlükəsiz ölkə statusuna sahibdir və ABŞ vətəndaşlarına səyahət halında, standart təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.
Hərçənd, işğal altındakı Abxaziya və Cənubi Osetiya bölgələrində təhlükəsizliyin 4-cü səviyyəsinin olduğu və cinayət, vətəndaş iğtişaşları və mina riski yüksək olduğu üçün bu bölgələrə səyahət edilməməsi qeyd olunur. Bu bölgələrdə Rusiya Silahlı Qüvvələri dayanır. İnzibati sərhədləri müəyyən etmək çətindir, buna görə də bu zonalarda hərəkət həbs və ya cərimələnmə ilə nəticələnə bilər.
Dövlət Departamentinin yenilənmiş xəritəsində Türkiyə, İraq, Səudiyyə Ərəbistanı və ümumiyyətlə Yaxın Şərq ölkələrində təhlükəsizlik statusları dəyişib.