ABŞ Dövlət Departamenti “doğum turizmi” praktikasına qarşı tədbirləri sərtləşdirir
ABŞ Dövlət Departamenti “doğum turizmi” praktikasına qarşı tədbirləri sərtləşdirir.
Dövlət Departamentinin yeni qaydası xarici ölkə vətəndaşlarına turist vizasından Amerika Birləşmiş Ştatlarında doğulmuş uşaqlarına Amerikanın vətəndaşlığının verilməsi məqsədilə istifadə etməmələri barədə xəbərdarlıq edir.
Dövlət Departamenti belə vətəndaşlara xəbərdarlıq edir ki, ola bilsin onların vizaları ləğv olunsun və ya gələcəkdə artıq ABŞ-a səyahət edə bilməsinlər. Bu yolla qurum amerikalı vergi ödəyicilərini qorumaq istəyir.
“Əcnəbi valideynlərin ABŞ turist vizasından yalnız uşağı Amerika Birləşmiş Ştatlarında doğmaq və ona vətəndaşlıq almaq məqsədi ilə istifadə etməsi qəbuledilməzdir, bu da amerikalı vergi ödəyicilərinin tibbi xidmət xərclərini ödəməsi ilə nəticələnə bilər. Buna “doğum turizmi” deyilir və ABŞ-nin konsulluq işçiləri ABŞ immiqrasiya qanununa əsasən, bütün bu cür viza müraciətlərini təmin etmirlər” – ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosunun bəyanatında deyilir.