ABŞ Dövlət Departamenti bütün dünya miqyasında ABŞ vətəndaşlarını daha ehtiyatlı olmağa çağırır
ABŞ Dövlət Departamenti bütün dünya miqyasında ABŞ vətəndaşlarını daha ehtiyatlı olmağa çağırır.
ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub ki, İsrail və İran arasında münaqişə ola bilsin xaricə səyahət edən və ya yaşayan ABŞ vətəndaşları üçün təhlükəsizliklə əlaqədar riski artırsın.
“İsrail və İran arasında münaqişə Yaxın Şərqdə hərəkətin ləngiməsinə və hava məkanının vaxtaşırı bağlanmasına səbəb olub. ABŞ vətəndaşlarına və xaricdə onların maraqlarına qarşı nümayişlərin potensialı mövcuddur. Dövlət Departamenti bütün dünyada ABŞ vətəndaşlarına daha ehtiyatlı olmalarını tövsiyə edir” – ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.