ABŞ Dövlət Departamenti Ankaraya xəbərdarlıq verir ki, Rusiya sanksiyalardan yan keçmək üçün, Türkiyədən istifadə etməyə çalışır

22:06, 20.08.2022

ABŞ Dövlət Departamenti Ankaraya xəbərdarlıq verir ki, Rusiya sanksiyalardan yan keçmək üçün, Türkiyədən istifadə etməyə çalışır. Bu barədə ABŞ Maliyyə Departamentinin bəyanatında deyilir.

“19 avqustda Xəzinədarlıq katibinin müavini, Volli Adeyemo Türkiyənin Maliyyə nazirinin müavini, Yunus Elitas ilə söhbət etdi və Ukraynaya müdaxilə ilə bağlı Rusiyaya qarşı geniş çoxtərəfli sanksiyaların tətbiqi və qarşısnın alınması istiqamətində davam edən səyləri müzakirə etdi.

Dövlət katibinin müavini Adeyemo Rusiya hüquqi və fiziki şəxslərin ABŞ və digər 30 ölkənin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün Türkiyədən istifadə etməsindən narahatlığını ifadə etdi”, – bəyanatda deyilir.

Oxşar