ABŞ-ın Dövlət Deparamenti - Rusiyanın hərəkətləri nüvə maddələrinin yayılması risklərini artırır
Rusiyanın hərəkətləri nüvə maddələrinin yayılması risklərini artırır, – bu barədə bəyanat ABŞ Dövlət Departamentində, Dövlət Katibinin yardımçısı Kristofer Ford tərəfindən verildi.
Kristofer Fordun dediyinə görə, radioaktiv maddələrin qeyri-qanuni şəkildə yayılması ilə bağlı insindentlərin monitorinqini həyata keçirən Atom Enerejisi Dünya Agentliyinin proqramı, Rusiyanın etdiyi hərəkətlərə görə təhlükə altındadır.
Onun dediyinə görə, bu proqramın bazasına 2006-cı ildə, Kreml tərəfindən Aleksandr Litvinenkonun zəhərlənməsi üçün istifadə edilən Polonium da daxil edilib.
Ford həmçinin, o faktı da qeyd etdi ki, 1990-2000-ci illərdə radioaktiv maddələrin kontrabanda faktları sabiq Sovet İttifaqı ölkələrində – Gürcüstan və Moldovada aşkarlandı.
ABŞ Dövlət Katibinin yardımçısı bəyan edir ki, mövcud olan partnyorluğa baxmayaraq, “Qara bazara” nüvə maddələrinin daxil edilməsi problemi hələdə böyük problem təqdim edir.