ABŞ Donald Trampa qarşı istənilən sui-qəsdə son qoyması üçün İrana xəbərdarlıq edib

12:03, 15.10.2024

 
ABŞ Respublikaçıların prezidentliyə namizədi Donald Trampa qarşı istənilən sui-qəsdə son qoyması üçün İran hökumətinə xəbərdarlıq edib.

“Reuters”in yazdığı kimi, amerikalı yüksək vəzifəli rəsmilər Vaşinqtonun Trampın həyatına istənilən hücum cəhdini müharibə aktı kimi qiymətləndirəcəyini bildirirlər.

Anonim mənbənin verdiyi məlumata əsasən, ABŞ Prezidenti Co Baydenə müntəzəm şəkildə İrandan gələn təhdidlərlə bağlı məlumat verirlər. Mənbə deyir ki, Bayden komandasına İranın yüksək vəzifəli rəsmilərinə Trampa və sabiq ABŞ rəsmilərinə qarşı bütün sui-qəsdlərə son qoyması barədə Tehrana xəbərdarlıq edən mesajlar göndərməyi tapşırıb.

Öz növbəsində, Tehran ABŞ-ın işlərinə müdaxiləni inkar edib və illər boyunca İranın daxili işlərinə müdaxilə edənin məhz Amerika Birləşmiş Ştatları olduğunu Amerikaya bildirib.

Oxşar