ABŞ, Danimarka və Qrenlandiya təhlükəsizlik sahəsində saziş imzalayıblar

21:42, 22.09.2026

 

ABŞ, Danimarka və Qrenlandiya təhlükəsizlik sahəsində saziş imzalayıblar.

BMT-dəki çıxışından sonra ABŞ Prezidenti Donald Tramp Qrenlandiya və Danimarka liderləri ilə görüşüb.

Tramp qeyd olunan sazişi “uzunmüddətli hazırlığın nəticəsi” kimi qiymətləndirib və bəyan edib ki, bu, imzalayan üç tərəf arasında “uzunmüddətli və əla münasibətlərin” təməlini qoyacaq.

Qrenlandiyanın suveren ərazi olmasına baxmayaraq, o, Danimarka Krallığının tərkibinə daxildir. Onun xarici siyasətini məhz Danimarka idarə edir. Təfərrüatlar hələlik məhduddur, lakin çıxışı zamanı Tramp ABŞ-nin Qrenlandiyada “iki çox mühüm hərbi baza” tikəcəyini qeyd edib.

Danimarkanın Baş naziri Mete Frederiksenin bəyanatına əsasən, yeni saziş xarici rəqiblərin adada mövqelərini möhkəmləndirməsi ilə bağlı ABŞ-nin təhlükəsizlik narahatlığına cavab verir və eyni zamanda Danimarka ilə Qrenlandiyanın daxili hüquqlarını nəzərə alır.

Təhlükəsizlik haqqında bu sazişi Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen də müsbət qiymətləndirir.

“Biz Birləşmiş Ştatların sadiq dostuyuq, elə idik və yenə də qalacağıq, həmçinin Qərb alyansının bir hissəsiyik. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir, bizim təhlükəsizliyimiz isə sizin… Bu, bütün tərəflərin qazandığı sazişdir” – Nilsen qeyd edib.

Oxşar