ABŞ-da Ukraynanın Kursk vilayətində mövqeyini azı bir neçə ay qoruyub saxlaya biləcəyini bildirirlər
FILE PHOTO: A crossing point on the border with Russia a is seen, amid Russia's attack on Ukraine, near the Russian border in Sumy region, Ukraine August 11, 2024. REUTERS/Viacheslav Ratynskyi/File Photo
ABŞ-ın qiymətləndirməsinə əsasən, Ukrayna Kursk vilayətində mövqeyini azı bir neçə ay qoruyub saxlaya biləcək. Bu haqda məlumatı “Bloomberg” yayır.
Agentliyin yazdığı kimi, Amerika Birləşmiş Ştatlarının yüksək rütbəli rəsmiləri ehtimal edirlər ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində ələ keçirdiyi əraziləri daha çox olmasa da, bir neçə ay qoruyub saxlaya bilər.
Anonimlik şərti ilə danışan rəsmi şəxslər bildiriblər ki, Ukrayna indiyədək yüklərin Kursk vilayətinə çatdırılmasında ciddi problemlərlə üzləşməyib, çünki rus qoşunları yalnız məhdud əks-hücumlar həyata keçirirdilər və əsasən Ukraynanın şərqində irəliləməyə diqqət yetirirdilər.
ABŞ nümayəndələri artilleriya mərmilərinin bir neçə aylıq çatışmazlığından sonra Ukrayna ordusunun indi daha sabit şəkildə təchiz olunduğunu qeyd ediblər. Təchizatın sabitliyi qismən müttəfiqlərin səyləri, o cümlədən Çexiyanın sursat tədarükü təşəbbüsü ilə izah olunur. Həmçinin, ABŞ və Fransanın uzunmüddətli perspektivdə Ukraynanın artilleriya potensialını inkişaf etdirmək səyləri ilə.
“Bloomberg”in məqaləsində qeyd olunub ki, Ukrayna qışda özünü necə qoruyacağını müəyyən etməyə çalışır, lakin eyni zamanda gələn il üçün planlar hazırlamağa, xüsusilə əlavə briqadaların formalaşdırılmasına başlayır.