ABŞ-da tornadılar silsiləsi 26 insanın həyatına son qoydu

12:49, 02.04.2023

ABŞ-da tornadılar silsiləsi 26 insanın həyatına son qoydu. Fəlakət ölkənin cənub və orta qərbində baş verdi.

Tornado nəticəsində evlər dağılıb, minlərlə vətəndaş işıqsız qalıb.

“Washington Post”-un məlumatına görə, son günlər Amerikada 60-a yaxın tornado qeydə alınıb.

Təbii fəlakətlə əlaqədar bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib.

Zərərçəkənlərə yardım etmək üçün Milli Qvardiya da səfərbər olunub.

Oxşar