ABŞ-da son koronavirus 177 mindən artıq insanda təsdiq olundu
ABŞ-da son koronavirus 177 mindən artıq insanda təsdiq olundu

ABŞ-da son 24 saat ərzində koronavirusun 177 mindən artıq halı qeydə alındı. 21 noyabrdan göstəricilərilə müqayisədə yoluxma hallarının sayı azalıb.

Məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son bir gün ərzində ABŞ-da virusdan 1 488 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 12 milyondan artıq halı qeydə alınıb, 255 mindən artıq insan vəfat edib.