ABŞ-da son 24 saat ərzində koronavirusdan 1 417 insan həlak oldu. Virusa yoluxanların sayı isə, 24 859 ilə artaraq 784 mindən artıq oldu.
Ümumilikdə, 42 138 insan həlak olub.
Koronavirus ilə bağlı Ağ Evin məslətçilər qrupu qorxur ki, ştatlarda fövqəladə tədbirlərin erkən ləğv olunması təqdirində, ölkədə qurbanların sayının 60 mini aşması mümkündür.