ABŞ-da son 24 saat ərzində koronavirusun 44 109 halı təsdiq olundu, 1 222 insan vəfat etdi

11:10, 27.08.2020

ABŞ-da son 24 saat ərzində koronavirusun 44 109 halı təsdiq olundu, 1 222 insan vəfat etdi. Müvafiq məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Amerika Birləşmiş Ştatlarında koronavirusun beş milyon 821 min halı qeydə alınıb. 179 708 insan vəfat edib.

ABŞ, koronavirusa yoluxma və virus nəticəsində həlak olanların sayı ilə dünyada birinci yerdədir.

Oxşar