ABŞ-da son 24 saat ərzində koronavirusun 42 048 halı təsdiq olundu, 571 insan vəfat etdi
ABŞ-da son 24 saat ərzində koronavirusun 42 048 halı təsdiq olundu, 571 insan vəfat etdi

ABŞ-da son 24 saat ərzində koronavirusun 42 048 halı təsdiq olundu, 571 insan vəfat etdi. Müvafiq məlumatı “CNN” teleşirkəti Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Amerika Birləşmiş Ştatlarında koronavirusun beş milyon 403 halı qeydə alınıb. 170 052 insan vəfat edib.

ABŞ, koronavirusa yoluxma və virus nəticəsində həlak olanların sayı ilə dünyada birinci yerdədir.