ABŞ-da son 24 saat ərzində koronavirusun 157 901 halı qeydə alındı

13:31, 01.12.2020

ABŞ-da son 24 saat ərzində koronavirusun 157 901 halı qeydə alındı.

Məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.

Son bir gün ərzində ABŞ-da virusdan 1 172 insan vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 13,5 milyondan artıq halı qeydə alınıb, 268 045 insan vəfat edib.

Oxşar