ABŞ-da son 24 saat ərzində koronavirusa yoluxanların hospitallaşdırılmasının rekord göstəricisi qeydə alındı
ABŞ-da hospitallaşdırmanın kəskin şəkildə artmasına görə, qismən karantin elan edilib.
Son 24 saat ərzində hospitallaşdırma 124 686 koronavirusa yoluxan pasiyentə lazım gəldi. Bu isə, ölkə üçün hospitallaşdırlmanın rekord olaraq yüksək göstəricisidir.
Bununla yanaşı ABŞ-da son 24 saat ərzində koronavirusdan 3 708 isan vəfat etdi. Məlumatı “CNN” Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək yayır.
Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusdan 338 544 insan vəfat edib.