ABŞ-da son 24 saat ərzində koronavirus nəticəsində 1849 insan həlak olub
ABŞ-da son 24 saat ərzində koronavirus nəticəsində 1849 insan həlak olub.
Bir gündə virus daha 33 494 nəfərdə təstiq olunub. Ümumi hesabda virusun yayıldığı vaxtdan bu günədək, ABŞ-da 734 969 nəfər yoluxub, 38 903 insan isə həlak olub.
ABŞ prezidentinin bildirdiyinə görə, bu göstəricilər ilə, ABŞ birinci yerdədir, halbuki, yoluxanların sayını nəzərə alaraq ABŞ-da ölüm halları göstəriciləri Çin ilə müqayisədə bir faizlə aşağıdır. Donald Trampın dediyinə görə, ABŞ-ın bəzi ştatında ciddi məhdudiyyətlər bazarertəsindən aradan qaldırılacaq. Onlar arasında Texas və Vermont vardır. Karantin rejiminin ləğv olunması tələbi ilə bir neçə ştatda dünən aksiyalar keçirilir.