ABŞ-da "şatdaun" 36-cı gündür davam edir və tarixdə ən uzunmüddətli olub
Amerika Birləşmiş Ştatlarında “şatdaun” 36-cı gündür davam edir və tarixdə ən uzunmüddətli olub.
Amerika Birləşmiş Ştatlarında maliyyələşdirmənin dayandırılması səbəbindən federal qurumların fəaliyyətinin dayandırılması mənasını daşıyan “şatdaun” oktyabrın 1-dən elan edilib. Bunun səbəbi Demokratlar və Respublikaçılar arasında yeni büdcə layihəsi ilə bağlı fikir ayrılığıdır. Fikir ayrılığının əsas səbəbi səhiyyə xərcləridir.
“BBC”nin məlumatında hazırda federal qurumlarda işlə təmin olunanların bir hissəsinin hələ də maaşsız işlədiyi, milyonlarla amerikalının isə zəruri xidmətlərdən məhrum olduğu deyilir.
Eyni zamanda, Demokratlar və Respublikaçılar bir neçə həftədir yeni büdcə layihəsi ilə bağlı ortaq qərara nail ola bilmirlər.
ABŞ-nin tarixində ən uzunmüddətli “şatdaun” Donald Trampın birinci prezidentlik müddəti zamanı 2018-2019-cu illərdə 35 gün ərzində davam edib.