ABŞ-da ölkə miqyasında dayandırılmış uçuşlar bərpa olunub

11:04, 14.11.2026

 

ABŞ-da ölkə miqyasında dayandırılmış uçuşlar bərpa olunub.

Nəqliyyat katibi Şon Dafi və daxili təhlükəsizlik katibi Markveyn Mallin Ağ Evdə keçirilən brifinqdə bəyan ediblər ki, uçuşların dayandırılmasına səbəb köhnəlmiş avadanlıqdan daxil olan qeyri-ardıcıl məlumatlar olub.

Dafi, ölkə miqyasında radarlar, rabitə vasitələri və nəzarət mərkəzlərinin qeyri-sabit işlədiyini bildirib.

O, köhnəlmiş sistemin Konqresin maliyyə ayırmaması səbəbindən yenilənmədiyini izah edib. O Konqresdən yeni, müasir sistem üçün 50 milyard dollar vəsait istəyib və qeyd edib ki, sistem yenilənməsə, oxşar hallar təkrarlanacaq.

Dafinin bəyanatına əsasən, vəziyyətin tam bərpa olunması üçün vaxt lazımdır və problemlər bir neçə gün davam edəcək.

Hər iki partiyadan olan konqresmenlər uçuşların dayandırılmasının səbəblərinin araşdırılmasını tələb edirlər.

Oxşar