ABŞ-da Miniapolisin katolik məktəbində atışma olub, insan tələfatı var
ABŞ-da Miniapolisin katolik məktəbində atışma olub. Medianın məlumatına əsasən, 2 nəfər həlak olub və 20 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələrinin məlumatına əsasən, hazırda artıq təhlükə yoxdur, çünki hücumçu həlak olub və ehtimal ki, odlu silahla özünə xəsarət yetirib.
Hadisə yerinə polis və Federal Təhqiqat Bürosunun bölmələri səfərbər olunub. Hadisə ilə bağlı prezident Donald Tramp da məlumatlandırılıb.