ABŞ-da koronavirusun yeni növünün halı aşkar edildi
ABŞ-da koronavirusun yeni növünün halı aşkar edildi

ABŞ-da Böyük Britaniyada ilk ilk qeydə alınan koronavirusun yeni növünün halı aşkar edildi. Koronavirusun yeni növünün halı Kolorado ştatında qeydə alındı.

“CNN” teleşirkəti ştatın qubernatoru, Cared Polisə istinadən yaydığı məlumata görə, koronavirusun yeni növü 20 yaşından yuxarı olan kişidə aşkar edildi. Onun səyahət tarixi yoxdur və indi izolasiyadadır. Hazırda tibb mütəxəssisləri kişinin yaxın kontaktlarının araşdırılması üzərində işləyirlər.

“Koronavirusun yüni növü barəsində çox şey bilmirik. Halbuki Britaniyalı alimlər dünyanı xəbərdar edirlər ki, bu növ daha artıq yoluxucudur. Biz halı diqqətlə müşahidə edəcəyik”, – Careb Polis bəyan etdi.