ABŞ-da koronavirusun 70 776 yeni halı aşkar edildi

16:42, 30.07.2020

ABŞ-da son 24 saat ərzində koronavirusun 70 776 yeni halı aşkar edildi, 1 403 insan vəfat etdi. Məlumatı Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək “CNN” yayır.

Virusun yayılmasından bu günə qədər ABŞ-da koronavirusun 4 426 982 halı qeydə alınıb, 150 713 insan vəfat edib.

Oxşar