ABŞ-da koronavirusa yoluxma hallarının sayı 17 milyonu keçib

22:26, 17.12.2020

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 17 milyonu keçib. Bu barədə Johns Hopkins Universiteti məlumat verir.

Universitet məlumat bazasına görə, bu günə qədər ABŞ-da 17.011.532 nəfərin “Covid 19” olduğu təsdiqləndi.

Yoluxma hallarının əksəriyyəti Kaliforniya, Texas və Florida ştatındadır. Epidemiyanın başlamasından bəri Covid 19, ABŞ-da 308.098 insanın ölümünə səbəb oldu.

Oxşar