ABŞ-da İmmiqrasiya və Gömrük Xidmətinə qarşı etiraz aksiyaları keçirilib
ABŞ-da İmmiqrasiya və Gömrük Xidmətinə (ICE) qarşı etiraz aksiyaları keçirilir.
Medianın məlumatına görə, ICE-nin federal agenti tərəfindən bir aktivistin öldürülməsinə etiraz olaraq və həlak olan şəxsə həmrəylik məqsədilə Şimali Kaliforniyada, San-Fransisko və Oklend küçələrinə minlərlə etirazçı çıxıb. Aksiyalar Vaşinqtonda, Çikaqoda və Portlenddə də baş tutub.
Məlumat üçün bildirək ki, Minneapolisdə federal agentlər daha bir şəxsi öldürüblər. ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin açıqlamasına görə, sərhəd xidməti agentləri üzərlərinə odlu silahla yaxınlaşan kişiyə özünümüdafiə məqsədilə atəş açıblar. Minneapolis Polis İdarəsinin rəisi Brayan O’Haranın sözlərinə görə, öldürülən 37 yaşlı kişi ABŞ vətəndaşı olub və silahı qanuni yolla əldə etmişdi.