ABŞ-da hökumətin "şatdaun"una görə reyslərin yerinə yetirilməsi ləngiyib, uçuşların bir hissəsi ləğv edilib
ABŞ-da hökumətin “şatdaun”una görə reyslərin yerinə yetirilməsi ləngiyib, uçuşların bir hissəsi ləğv edilib.
Medianın məlumatına əsasən, “şatdaun”un səkkizinci günündə Dallas, Las-Veqas, Çikaqo, Feniks, Neşvil və digər şəhərlərdə reyslərin yerinə yetirilməsi ləngiyib.
ABŞ-nin ən böyük hava limanlarından birinin yerləşdiyi Çikaqoda, Mülki Aviasiya üzrə Federal İdarə reyslərin ləngiməsinin xüsusi rejimini tətbiq edib. Buna səbəb kimi personal çatışmazlığı göstərilir.
Aviadispetçerlərin azlığı səbəbindən reyslərin sayının azaldıldığı Neşvildə də oxşar vəziyyət qeydə alınır.
“BBC”nin məlumatına əsasən, oktyabrın 7-nə olan məlumata görə, ABŞ miqyasında 3200-dən çox uçuş ləngiyib.
Medianın yazdığı kimi, aviadispetçerlər kritik əhəmiyyətə malik sahənin nümayəndələri hesab olunurlar və qanuna görə, onlar “şatdaun” dövründə belə işləməlidirlər. Lakin dispetçerlərin böyük bir hissəsinin bülletenə çıxması vəziyyəti gərginləşdirir.
ABŞ Nəqliyyat Departamentinin rəhbəri Şon Daf bildirib ki, hökumətin fəaliyyətinin dayanması fonunda hava limanlarının əməkdaşları kadr defisiti şəraitində işləyirlər, bu da onlara təzyiqi artırır.
Aviadispetçerlərin Milli Assosiasiyası onların sıralarına üzv olan dispetçerlərə artıq xəbərdarlıq edib ki, işə gəlməmələri onların işdən azad edilməsi ilə nəticələnə bilər.