ABŞ-da Gürcüstanın səfiri vəzifəsinə Tamar Taliaşvilinin namizədliyi irəli sürülüb
ABŞ-da Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Tamar Taliaşvilinin namizədliyi irəli sürülüb.
Gürcüstan hökumətinin qərarına əsasən, səfir vəzifəsinə təyin olunması üçün Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə Tamar Taliaşvilinin namizədliyi təqdim olunub.
“Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin birinci bəndinin ‘a’ altbəndinə və ‘Gürcüstan hökumətinin strukturu, səlahiyyətləri və fəaliyyəti haqqında’ qanunun 5-ci maddəsinin ‘ğ’ altbəndinə uyğun olaraq, 2025-ci il 10 iyul tarixindən ABŞ-da Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması üçün Gürcüstan Prezidentinə Tamar Taliaşvilinin namizədliyi təqdim edilsin”, – deyilir Gürcüstan hökumətinin 9 iyun tarixli qərarında.