ABŞ-da, əyləncə parkında attraksionda insident nəticəsində bir nəfər həlak olub və bir neçə nəfər xəsarət alıb

12:42, 13.10.2026

 

ABŞ-da Corciya ştatında əyləncə parkında attraksionda insident nəticəsində bir nəfər həlak olub və bir neçə nəfər xəsarət alıb.

“BBC”nin məlumatına əsasən, “Six Flags Over Georgia” parkında baş verən insidenti Kobb dairəsinin polis departamenti araşdırır.

Polis insidentin hansı attraksionda baş verdiyini dəqiqləşdirməyib, lakin helikopterlərdən çəkilmiş kadrlarda “Amerikan dağları”nın (“Goliath”) qəfil dayandığı, işçilərin isə sərnişinlərə attraksiondan düşməyə kömək etdiyi görünür.

Hələlik şəxsin attraksionda necə həlak olduğu məlum deyil.

Şahidlər yerli mediaya bir kişinin attraksiondan çıxarıldığını gördüklərini bildiriblər. Onlar kişinin attraksiondan binanın damına yıxıldığını deyiblər.

Oxşar