ABŞ-da Donald Trampa qarşı etiraz aksiyaları keçirilib

14:06, 20.04.2025

 

 

ABŞ-da Donald Trampa qarşı etiraz aksiyaları keçirilib.

ABŞ Prezidenti Donald Trampın son vaxtlardakı hərəkətlərinə etiraz etmək üçün minlərlə insan ABŞ küçələrinə çıxıb. Nümayişçilər Ağ Evin qarşısına, “Tesla”nın binalarının önünə və müxtəlif şəhərlərin mərkəzlərinə toplaşaraq müxtəlif məsələlərlə bağlı narazılıqlarını ifadə ediblər, o cümlədən Hökumətin Səmərəliliyi Departamentinin hərəkətlərinə qarşı.

Aksiyanın iştirakçıları əllərində “Krallara yox” yazılmış plakatlar tutublar.

Donald Trampa qarşı keçirilən “50501” (“50 etiraz, 50 ştat, 1 hərəkat”) nümayişi çərçivəsində bütün ölkə miqyasında 80-dən çox etiraz aksiyası keçirilib.

Oxşar