ABŞ-da dekabrın ilk beş günündə koronavirusun bir milyon halı aşkar edildi
ABŞ-da dekabrın ilk beş günündə koronavirusun bir milyon halı aşkar edildi

ABŞ-da dekabrın ilk beş günündə koronavirusun bir milyon halı aşkar edildi. Artıq dördüncü gündür ki, ölkədə hər gün koronavirusa yoluxmanın 200 mindən artıq halı qeydə alınır. “CNN”-nin məlumatına görə, son 24 saat ərzində virus 200 067 insanda təsdiq olundu və 2 189 pasiyent vəfat etdi.

Pandemiyanın yayılmasından bu günə qədər, Amerika Birləşmiş Ştatlarında koronavirusun 14 567 529 halı təsdiq olunub, 281 121 insan vəfat edib.