ABŞ-da bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb, ABŞ Federal Aviasiya Administrasiyası səbəb kimi “xüsusi hallar və təhlükəsizliyi” göstərir

10:40, 14.11.2026

 

ABŞ-da bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. Bu barədə Federal Aviasiya Administrasiyası bəyan edir.

Qurum uçuşların dayandırılmasına səbəb kimi “xüsusi hallar və təhlükəsizliyi” göstərir.

Federal Aviasiya Administrasiyasının nümayəndəsinin sözlərinə əsasən, problem hava hərəkətinə nəzarət üzrə regional mərkəzlərdə rabitə əlaqəsi ilə bağlıdır. Həmin mərkəzlər ölkə miqyasında uçuşları idarə edirlər.

“Uçuşlar növbəti bildirişədək dayandırılmış qalacaq. Beynəlxalq reyslərə fərdi qaydada baxılacaq” – bildirişdə qeyd olunub.

ABŞ-da ölkə miqyasında uçuşlar sonuncu dəfə 2023-cü ilin yanvarında, xəbərdarlıq sistemi sıradan çıxdıqda dayandırılmışdı. Ondan əvvəl isə belə bir hal 2001-ci ilin 11 sentyabr terror aktlarından sonra baş vermişdi.

Oxşar