ABŞ-da aralıq seçkiləri keçirilir
ABŞ-nin bir neçə ştatında seçki məntəqələri açıldı
Medianın məlumatına əsasən, ABŞ-nin Şərq sahili ştatlarında – Nyu-York, Nyu-Cersi, Virciniya, Mein və Kentukkidə saat 06:00-da seçki məntəqələri rəsmən açılıb.
Bununla yanaşı, aralıq seçkilərində səsvermənin bir saat əvvəl başladığı ilk ştat Vermontdur. “BBC”nin məlumatına əsasən, ştatdakı seçicilərin ən azı 30%-i artıq əvvəlcədən səs verib.
Yerli vaxtla saat 06:30-da Şimali Karolina, Ohayo və Qərbi Virciniya ştatlarında səsvermə başlayacaq.
Məlumat üçün bildirək ki, bu gün ABŞ-da aralıq seçkilərində amerikalılar Konqresi və ştatların bir hissəsində yerli hakimiyyəti seçirlər. Bu, Donald Trampın ikinci prezidentlik müddəti başladıqdan sonra ilk miqyaslı milli seçkilərdir.
Aralıq seçkilərinin nəticəsində Nümayəndələr Palatasının 435 yeri, Senatın 100 yerindən 35-i komplektləşəcək, 36 ştatda isə qubernatorları seçəcəklər.
ABŞ-da seçkilərdə vahid mərkəzi sistem yoxdur. Hər bir ştat səsvermə və səslərin hesablanması qaydalarını özü müəyyən edir. Vətəndaşlar səsvermə məntəqəsində, vaxtından əvvəl səsvermə yolu ilə və ya poçtla səs verə bilərlər. Poçtla göndərilən bülletenlərin hesablanması və yoxlanılması çox vaxt tələb edir.
Seçki məntəqələri Gürcüstan vaxtı ilə noyabrın 4-də saat 04:00 radələrində bağlanacaq.