ABŞ-da aralıq seçkiləri bu gün keçiriləcək

10:35, 03.11.2026

 

ABŞ-da aralıq seçkiləri bu gün keçiriləcək. Amerikalılar Konqresi və ştatların bir hissəsində yerli hakimiyyəti seçirlər.

Bu, Donald Trampın ikinci prezidentlik müddəti başladıqdan sonra ilk miqyaslı milli seçkilər olacaq.

Aralıq seçkilərinin nəticəsində Nümayəndələr Palatasının 435 yeri, Senatın 100 yerindən 35-i komplektləşəcək, 36 ştatda isə qubernatorları seçəcəklər.

Seçkilər prezidentin dördillik səlahiyyət müddətinin ortasında keçirilir. Müvafiq olaraq, aralıq seçkiləri adlanır.

Hazırda hər iki palatada əksəriyyət respublikaçılara məxsusdur. Əgər demokratlar bir və ya hər iki palatada qələbə qazansalar, Donald Tramp üçün öz siyasətini yürütmək çətinləşəcək. Konqres qanunları və federal büdcəni təsdiqləyir, həmçinin icraedici hakimiyyətə nəzarət edir, buna görə də əksəriyyətin dəyişməsi ölkənin daxili və xarici siyasətinə də təsir göstərəcək.

Beynəlxalq medianın, o cümlədən “Reuters” agentliyinin qiymətləndirməsinə əsasən, demokratların Nümayəndələr Palatasında əksəriyyəti geri qaytarmaq şansı var. Senatda isə mübarizə daha rəqabətlidir.

Seçkiöncəsi kampaniyada əsas mövzular yaşayış xərclərinin artması, iqtisadiyyat, immiqrasiya, Trampın ticarət siyasəti və İranla müharibə idi.

ABŞ-da seçkilərdə vahid mərkəzi sistem yoxdur. Hər bir ştat səsvermə və səslərin hesablanması qaydalarını özü müəyyən edir. Vətəndaşlar səsvermə məntəqəsində, vaxtından əvvəl səsvermə yolu ilə və ya poçtla səs verə bilərlər. Poçtla göndərilən bülletenlərin hesablanması və yoxlanılması çox vaxt tələb edir.

Seçki məntəqələri Gürcüstan vaxtı ilə noyabrın 4-də saat 04:00 radələrində bağlanacaq.

Oxşar