ABŞ, Böyük Britaniya və Fransa İrandan Rusiyaya silah ötürülməsi məsələsini BMT Təhlükəsizlik Şurasının qapalı iclasında irəli sürəcək

11:00, 19.10.2022

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransa İrandan Rusiyaya silah ötürülməsi məsələsini BMT Təhlükəsizlik Şurasının qapalı iclasında irəli sürəcək. Məlumatı Ukrayna mediası yayır.

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransa İran dronların idxalını BMT Təhlükəsizlik Şurasının 231-ci maddəsinin pozulması hesab edirlər.

Bundan başqa, Ukrayna BMT ekspertlərini Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi dronları araşdırmaq üçün dəvət edir.

Oxşar